Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək ərazidə yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Heftelik.az-a  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

“Sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır”, – məlumatda qeyd olunub.