Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla və Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub.
Heftelik.az Report-a istinadən xəbər verir ki, 41 yaşlı hücumçu və 72 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında Norveçlə (2:1) oyundan sonra yaranmış fikir ayrılıqlarını aradan qaldırıblar.
Həmin matçda Ronaldu ehtiyatda qalıb və sonradan komandanın məşqində iştirak etməyib.
Təcrübəli forvard sentyabrın 29-da zalda fərdi proqram üzrə məşq edib.
Vəziyyət normallaşsa da, federasiya rəhbərliyi əlavə tədbirlər görmək qərarına gəlib. Belə ki, qurumun rəhbəri Pedro Proensa komandanın düşərgəsinə yollanıb.
Xatırladaq ki, Portuqaliya seçməsi oktyabrın 1-də Kopenhagendə Danimarka ilə üz-üzə gələcək.
