Diplomatik nümayəndəliklərdə çalışan diplomatik xidmət əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri tibbi xidmət və tibbi sığorta ilə təmin olunurlar. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Bu məqsədlə diplomatik nümayəndəliklərin xərclər smetasında müvafiq vəsait nəzərdə tutulur. Vəsait diplomatik nümayəndəliyin yerləşdiyi ölkədə tibbi sığorta qiymətlərinin orta səviyyəsinə uyğun müəyyən edilir. Hesablamada Xarici İşlər Nazirliyinə təqdim edilmiş təsdiqedici sənədlər əsas götürülür. Tibbi sığorta mərkəzləşdirilmiş qaydada Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilə bilər. Sığorta müqaviləsi Azərbaycan Respublikasında tibbi sığorta üzrə bağlanmış müqaviləyə əsasən imzalana bilər. Tibbi sığorta zərfi isə dövlət büdcəsi vəsaitləri hesabına və Qaydaların 1 nömrəli əlavəsinə uyğun müəyyən edilir.
