Elektron pulun EMİSSİYASI

01 Oktyabr 2026, 01:01

Elektron pul qəbul edilən pul vəsaiti məbləğində istifadəçinin sərəncamına verilən və elektron formada saxlanılan ödəniş alətidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Elektron pul ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verir və emitentlə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilir.
Elektron pulun emissiyası həmin pulun emitent tərəfindən ödəniş xidməti istifadəçisinin sərəncamına verilməsidir.
Elektron pulun emitenti isə qanuna uyğun olaraq elektron pulun emissiyasını həyata keçirən şəxsdir.
Qanunda elektron pulun qalıq dəyəri və elektron pul sahibi ilə bağlı anlayışlar da ayrıca müəyyənləşdirilib.