Ödəniş sərəncamı vəsait alan tərəfindən verildikdə ona xidmət göstərən təchizatçı sərəncamın vaxtında göndərilməsinə görə cavabdehdir. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Sərəncam ödəyiciyə xidmət göstərən təchizatçıya düzgün şəkildə göndərilməlidir. Ödəyiciyə xidmət göstərən təchizatçı da daxil olan sərəncamın icra edilməməsinə və ya səhv icrasına görə məsuliyyət daşıyır. Belə halda səhv icra edilmiş əməliyyat üzrə vəsait dərhal ödəyicinin hesabına bərpa edilməlidir. Ödəyici tələb etdikdə sərəncamın düzgün icrası da təmin olunmalıdır.
