UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Litva oyununun hakimləri müəyyənləşib.

Heftelik.az Report-a istinadən xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçı Portuqaliyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

FIFA referis Qustavo Korreyaya həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək göstərəcək. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

VAR-da Bruno Esteves, AVAR-da Ana Klaudiya Silva Ribeyro əyləşəcək.

Xatırladaq ki, Azərbaycan – Litva oyunu oktyabrın 4-də saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.