Elektron pul təşkilatı qanunla müəyyən edilmiş qaydada aldığı lisenziya əsasında elektron pul emissiyasını həyata keçirən hüquqi şəxsdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Belə təşkilatlar elektron pulla əlaqəli ödəniş əməliyyatlarını da icra edə bilərlər.
Lisenziyada nəzərdə tutulduğu halda elektron pul təşkilatlarına digər ödəniş xidmətlərini həyata keçirmək hüququ da verilə bilər.
Elektron pul sahibi isə elektron pula sərəncam vermək hüququ olan ödəniş xidməti istifadəçisidir.
Bu müddəalar elektron pul bazarında fəaliyyət göstərən təşkilatların hüquqi çərçivəsini müəyyən edir.