Elektron pul sahibi istədikdə emitent elektron pulun qalıq dəyərini dərhal geri qaytarmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara qaytarılan vəsait yalnız nağdsız formada ödəniş hesabına köçürülür.
Emitent müəyyən hallarda müqavilədə nəzərdə tutulmaqla qalıq dəyərin geri ödənilməsi üçün xidmət haqqı tətbiq edə bilər.
Bu, qalıq dəyərin müqavilədə nəzərdə tutulan müddətdən əvvəl tələb edilməsi və ya müqavilənin bitməsindən bir ildən sonra geri qaytarılmasının tələb olunması hallarına aiddir.
Lakin emitentin lisenziyası ləğv edildikdə elektron pulun qalıq dəyəri heç bir haqq tutulmadan geri qaytarılmalıdır.