İspaniyanın “Real” klubu İngiltərə təmsilçisi “Bornmut”un futbolçusu Aleks Skottla maraqlanır.

Heftelik.az Report-a istinadən xəbər verir ki,  paytaxt klubu 23 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə qatmaq istəyir.

A.Skott 2023-cü ildən “Bornmut”da çıxış edir. Ötən mövsüm Premyer Liqada 34 matçda iştirak edən oyunçu cari mövsüm 6 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.