Sovet və Rusiya psixoterapevti Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.

Heftelik.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Anatoli Kaşpirovskinin bu gün səhər xəstəxanada vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Anatoli Kaşpirovski 1939-cu ildə Ukraynada anadan olub və uzun illər psixoterapevt kimi fəaliyyət göstərib. Kaşpirovski xüsusilə 1980-ci illərin sonlarında televiziya vasitəsilə keçirdiyi psixoterapiya seansları ilə geniş şöhrət qazanıb. Onun televiziya çıxışlarını milyonlarla insan izləyib.