Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Heftelik.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 100kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin bir otağında yataq dəsti və döşəmə 1kv.m sahədə yanıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hüseynova Nüşabə Musa qızı vəfat edib.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

APA-nın xəbərinə görə, ilkin məlumata görə, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E. Hüseynli saxlanılıb.

Fakt araşdırılır.