Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib.
Heftelik.az Bakupost-a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
TƏBİB-dən verilən məlumata görə, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb”.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Q.Mahmudov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
