Biləsuvar rayonunda qətl hadisəsi olub.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Soltanlı Milan Loğman oğlu bıçaqlanıb.

O, aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisədə onun xalası oğlu Mehdiyev İlkin Anar oğlu şübhəlidir.

Əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.