Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, insident rayonun Almalı kəndində qeydə alınıb.

Abil Verdiyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən onun qayınatası 1975-ci il təvəllüdlü Əli Ələsgərov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.