Mübariz Mənsimova məxsus, Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royal Məmmədov” yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalması ilə bağlı yeni detallar məlum olub.

Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.

Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə – idarəetmə məntəqəsinə, digəri isə mətbəx hissəsinə zərbə endirib.

Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.

Onun meyitini gəmidən çıxarmaq mümkün olsa da, Masallı sakini olan aşpazın cəsədini xilas etmək mümkün olmayıb. Aşpazın meyiti zərbə alan və sonradan batan gəmidə qalıb.

Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digərləri ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.

Məlumata görə, “Palmali” Şirkətlər Qrupunun rəhbərliyi hazırda hadisə yerindədir.

 

Qara dənizdə Mənsimovun gəmisi vuruldu – Ölənlər var – YENİLƏNİB- VİDEO