“Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək” fikri bayağı fikirdir”.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib.
Nazir bildirib ki, “süni intellekt Azərbaycan məktəbində hansı rolu daşımalıdır? Bizim dostumuz, həmkarımız, yaxud rəqibimizdir?” – bu barədə müzakirə aparmaq olar.
“Süni intellekt artıq qapıdan girib. Əsas məsələ süni intellektdən necə istifadə etməkdir. Süni intellektden istifadədə isə iki məsələdə diqqətli olmaq vacibdir: qiymətləndirmə və texnoloji sürət”, – E.Əmrullayev əlavə edib.
