Xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialı ləğv edilərkən əsas təşkilat filialın öhdəlikləri üçün tam məsuliyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Xarici təşkilat barəsində ləğvetmə proseduruna başlanıldıqda onun yerli filialının aktivlərindən ilk növbədə müəyyən öhdəliklərin ödənilməsi üçün istifadə edilir.
Söhbət filialın Azərbaycan ərazisində ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı yaranmış öhdəliklərindən gedir.
Beləliklə, yerli istifadəçilərin və kreditorların maraqlarının qorunmasına üstünlük verilir.
Qanun xarici ödəniş təşkilatlarının Azərbaycandakı fəaliyyətinin dayandırılması zamanı aktiv və öhdəliklərin tənzimlənməsi üçün xüsusi hüquqi mexanizm müəyyən edir.