Futbol üzrə Litva millisinin baş məşqçisi Edqaras Yankauskas qarşılıqlı razılıq əsasında postundan ayrılıb.

Heftelik.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

Komanda 51 yaşlı mütəxəssisin rəhbərliyi altında son olaraq Bakıda Azərbaycan millisinə uduzub. UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu 1:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, D Liqasının 2-ci qrupunun Kaunasda baş tutan matçında heç-heçə qeydə alınıb – 1:1.