ABŞ-İsrail müdafiə şirkəti “Covenant” Almaniyanın şərqində yerləşən Leypsiq şəhərində uzaqmənzilli qanadlı raketlərin istehsalı üçün müəssisə açıb.
Heftelik.az DPA-ya istinadən xəbər evrir ki, “Anthem” raket komplekslərinin istehsalına 2027-ci ildə başlanılması planlaşdırılır.
Şirkətin planına əsasən, Saksoniyadakı istehsal sahəsində ilk il ərzində 1000 ədəd raket kompleksinin buraxılması nəzərdə tutulur.
İkinci ildə isə istehsal həcminin 5 min ədədə çatdırılması planlaşdırılır.
