Quba sakini dəm qazından öldü

06 Oktyabr 2026, 11:45

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən rayon sakini 60 yaşlı Allahverdiyev İmran Ziyəddin oğlu yaşadığı Quba şəhər SUM-12 yaşayış massivindəki fərdi evində qazdan zəhərlənib.

Evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənən şəxs hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.