Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib.

Heftelik.az xəbər verir ki, Oqtay İsmət oğlu Gözəlov mərkəzin direktoru təyin olunub.

Qeyd edək ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib.

2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib.

Xatırladaq ki, daha əvvəl Mirələm Cəlalov bu vəzifədə çalışıb. O, bu ilin aprelində işdən azad olunub.

 

tecili-yardim-merkezine-yeni-direktor-teyin-edildi