Türkiyədə məktəblilər arasında bıçaqlanma olub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip orta məktəbində baş verib.
Şagirdlər arasında naməlum səbəbdən dava olub. Dava zamanı onlardan biri bıçaqla 5 nəfəri yaralayıb.
Yaralılar hadisə yerinə göndərilən təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Onların müalicəsinə başlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
