“Palmali” Şirkətlər Qrupu açıqlama yayıb.
Heftelik.az xəbər verir ki, açıqlamada ötən gün “Palmali” tərəfindən idarə olunan “Royad Məmmədov” gəmisinin Ukraynanın “İzmail” limanından İtaliyanın “Ravenna” limanına gedərkən Rumıniya sahillərində Qara dənizdə dron hücumuna məruz qaldığı təsdiqlənib.
“Hücumdan sonra gəmidə yanğın baş verib və heyət üzvlərinin təxliyəsi üçün xilasetmə əməliyyatlarına başlanılıb. Bu faciəvi hadisə nəticəsində iki dənizçimizin itkisinə görə dərin kədər hissi keçiririk. Digər heyət üzvlərimiz təhlükəsiz şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə aparılıb.
Həlak olan dənizçilərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – açıqlamada qeyd olunub.
