“Bizim vəzifəmiz hər bir insanın taleyinə aydınlıq gətirməkdir”.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

Əli Nağıyev bildirib ki, Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri axtarışlar üçün yeni imkanlar yaradıb: “Ümumilikdə 11 576 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. 1 oktyabra qədər 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb. İnsan qalıqları üzərində aparılan ekspertizalar onların işgəncələrə məruz qaldığını göstərir. Bu əməllərə hüquqi qiymət verilməlidir”.