Bakının Xəzər rayonunda qəsdən adam öldürmə hadisəsi baş verib.

Heftelk.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində alınıb.

Məlumata görə, 40 yaşlı Bakı şəhər sakini Museyib Əhmədov qısqanclıq zəminində 24 yaşlı həyat yoldaşı Fatimə Rəhmanzadənin kürək nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Yaralı qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 11.04

Xəzər rayonun Binə qəsəbəsində qətl hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində qeydə alınıb.

Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib.
F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.