Yaponiyanın Fukuoka prefekturasında iki yenidoğulmuş oğlunu öldürməkdə şübhəli bilinən 29 yaşlı qadın saxlanılıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisələr bir ildən çox fasilə ilə evdə baş verən doğuşlardan sonra qeydə alınıb.

İstintaqın versiyasına əsasən, qadın 2025-ci ilin iyununda dünyaya gətirdiyi oğlunu boğaraq öldürüb və meyitini şkafda gizlədib. Sonra cəsədi kanala atıb. Körpənin qalıqları suvarma kanalında bir işçi tərəfindən tapılıb.

İkinci hadisə 2026-cı ilin iyulunda baş verib. Qadın evdə doğduğu digər oğlunu da öldürərək meyitini paltara büküb şkafda gizlədib.

Dindirilmə zamanı qadın birinci hadisənin əsas təfərrüatlarını və ikinci uşağı öldürdüyünü etiraf edib. Lakin doğuşdan sonra özünü pis hiss etdiyi üçün sonrakı bəzi hadisələri xatırlamadığını bildirib.

Ona qətl və meyitləri gizlətmə ittihamları irəli sürülüb.