ABŞ və Rusiya rəsmiləri “Şimal axını” qaz kəmərləri vasitəsilə Rusiya qazının Avropaya tədarükünün bərpası imkanlarını müzakirə ediblər.

Heftelik.az xəbər verir ki, bu barədə Reuters beş mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, müzakirələrə ABŞ-ın xüsusi nümayəndəsi Cared Kuşner və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev cəlb olunub. Tərəflər “Şimal axını” kəmərlərinə ABŞ investorunun cəlb edilməsi imkanını nəzərdən keçiriblər.

Reuters-in mənbələrinə görə, Kuşner və Dmitriyev son həftələrdə Moskva və Nyu-Yorkda görüşüblər. Onların həmin görüşlərdə “Şimal axını” məsələsini nə dərəcədə müzakirə etdikləri məlum deyil, lakin məsələ gündəmdə qalır.