İstanbulda binanın çökməsi nəticəsində 2 nəfər ölüb.

Heftelik.az NTV-yə istinadən xəbər verir ki, dağıntılar altında qalan 10 nəfər xilas edilib.

***

saat 10.07

İstanbulun Maltepe rayonunda 7 mərtəbəli yaşayış binası çöküb.

Heftelik.az xəbər verir ki, bunu İstanbul valisi Davud Gül deyib.

Davud Gül bildirib ki, dağıntılar altında qalan 7 nəfərdən 4-ü ilə əlaqə saxlanılıb. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.