Rusiyanın Ryazan vilayətinin Sasovo şəhərində “Yandex” şirkətinin data-mərkəzinə PUA zərbəsi endirilib.

Heftelik.az Reuters-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 8-nə keçən gecə baş verib. Zərbədən sonra Sasovoda “Yandex”in data-mərkəzinin yerləşdiyi ərazidə güclü yanğın başlayıb.

“Yandex” şirkətinin mətbuat xidməti bildirib ki, hadisə nəticəsində data-mərkəzin infrastrukturunun bir hissəsi zədələnib. Şirkət ərazidə vəziyyətin nəzarət altında olduğunu və xəsarət alanların olmadığını açıqlayıb.

Yanğın nəticəsində data-mərkəzin fəaliyyəti dayandırılıb və şirkətin bəzi xidmətlərində fasilələr yaranıb.