Xalq artisti Alim Qasımov toy məclislərində səsləndirilən musiqilərdən danışıb.

Heftelik.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi 106.3 FM-də Kazım Sübhanının qonağı olarkən toy musiqilərinin insanların musiqi zövqünə mane olduğunu bildirib:

“Musiqi baxımından tərbiyəmizi pozan toyxanalarda səsləndirilənlərdir. Toylarda oluram, düşünürəm ki, yazıq ifaçı nə etsin? Həm oynamaq, həm də mənəvi dinləmək olsun. Mənəvi dinləmək iki-üç dəqiqə olur, qalanı qatar gedir… Özünə hörmət edən də çıxıb dəhlizdə qəhvə içir. Kişi burada pul qoyub, camaat çıxır dəhlizə. Əvvəl musiqiçi gələndə hamı qabağına qaçırdı, sevinirdi. İndi yox.
Gecə oturub fikirləşirəm ki, bunu necə etmək olar… Düşündüm ki, ərkim çatan yerdə 5-10 dəqiqə oynasınlar, sonra oxumaq. Sonra mənəvi musiqi, şeir deyən olsun. Oxumaqla oynamaq ölümdür. Musiqini qəbiristanlığa aparmaq yox, yerin altında basdırmaqdır. Bir az olar oynamaq. Qardaş, uşaq, gəlin tökülüşüb oynayır”.