Azərbaycanın gəlirləri artıb

09 Oktyabr 2026, 10:52

Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 312,1 milyon manat təşkil edib ki, bu da proqnozu 787,7 milyon manat və ya 2.8 faiz üstələyib.

Heftelik.az  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə  169,7 milyon manat və ya 0.6 faiz çoxdur.

Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 25 348,2 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680,0 milyon manat və ya 2.8 faiz çoxdur.