Türkiyə millisi baş məşqçisi Vinçentso Montella ilə yollarını ayırıb.
Heftelik.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonra yığmadan göndərilib.
Xatırladaq ki, V.Montella 2023-cü ildən Türkiyə millisinin baş məşqçisi olub.
Qeyd edək ki, 2023-cü ilin sentyabrından Türkiyə millisini çalışdıran Montella komandanı AVRO-2024-ün 1/4 finalına çıxarıb. Onun rəhbərliyi altında yığma 2026-cı il dünya çempionatında iştirak etsə də, qrup mərhələsini keçə bilməyib. Türkiyə Millətlər Liqasının cari mövsümündə keçirdiyi ilk 4 oyunun hamısında məğlub olub.
