Bütün zamanların ən yaxşısı mənəm, nöqtə!.
Heftelik.az xəbər verir ki, bunu məşhur futbol ulduzu Kriştiano Ronaldo “CNN Portugal”-a müsahibəsində bildirib.
Ronaldo bütün zamanların ən yaxşı futbolçusu olduğunu vurğulayıb: “Bütün zamanların ən yaxşısı mənəm, nöqtə. Rəqəmlər hər şeyi deyir”.
Məşhur ulduz əlavə edib: “Tarix artıq yazılıb. Bu gün karyeramı bitirə bilərdim və heç nəyə görə peşman olmazdım. Hələ də səhərlər məşq etmək və oynamaq istəyi ilə oyanıram”.
Portuqaliyalı ulduz müsahibəsinin bir hissəsində Lionel Messi ilə münasibətləri barədə suala da cavab verib: “Biz həmişə çox yaxşı anlaşmışıq, bir-birimizi motivasiya etmişik”.
