Gəncədə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  “Opel” ilə “Chevrolet” markalı minik maşınları toqquşub. Zərbənin təsirindən “Opel” idarəetmədən çıxaraq yol kənarında dayan digər “Chevrolet” markalı minik maşınına və dayanacağa çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.