“Hörümçək adam” filminin ulduzu, Hollivud aktyoru Tobi Maquayr keçmiş həyat yoldaşı, 49 yaşlı zərgərlik dizayneri Cennifer Meyerin toy mərasimini idarə edib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, aktyor keçmiş həyat yoldaşının nigeriyalı milyarderin oğlu ilə evlənməsində xüsusi rol oynayıb.
“People” nəşrinin məlumatına görə, oktyabrın 10-da Maquayr Cennifer Meyer və Ceff Oqunlesinin nikah mərasimini aparıb. Bəy nigeriyalı milyarder, hüquqşünas və investisiya bankiri Adebayo Oqunlesinin oğludur.
Toy Havay adalarındakı dəbdəbəli kurortlardan birində keçirilib.

Tobi Maquayr
Mərasimə çoxsaylı məşhurlar qatılıblar. Qonaqlar arasında “Dostlar” serialının ulduzu Kortni Koks, Hollivud aktyoru Leonardo Di Kaprio və onun sevgilisi, model Vittoriya Çeretti də olub.
Bundan başqa, “Amazon” şirkətinin qurucusu Ceff Bezos həyat yoldaşı Loren Sançeslə birlikdə yeni evlənənləri təbrik etməyə gəlib.
Maraqlıdır ki, Tobi Maquayr və Cennifer Meyer ayrıldıqdan yalnız 10 il sonra, 21 sentyabr 2026-cı ildə rəsmən boşanıblar.
Keçmiş cütlüyün iki övladı var: 19 yaşlı qızları Rubi Svift və 17 yaşlı oğulları Otis Tobias.

Hər iki övlad analarının toy mərasimində iştirak edib. Bundan əlavə, Cennifer Meyerin yeni həyat yoldaşından dünyaya gələn beş aylıq qızı da mərasimdə olub.
Qeyd edək ki, Cennifer Meyer tanınmış zərgərlik dizayneridir və “Jennifer Meyer Jewelry” zərgərlik brendinin sahibidir.

