İcra hərəkətləri, icra sənədi və ya onun verilməsi üçün əsas olmuş tələb barədə mübahisə qaldırıldıqda icraat dayandırılır. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Bu halda icraat mübahisəyə mahiyyəti üzrə baxılanadək dayandırılır. İcra məmuruna etirazın təmin edilməməsindən şikayət verildikdə isə icraat məhkəmə həmin şikayətə baxanadək dayandırılır. Beləliklə, mübahisənin nəticəsi müəyyənləşənə qədər icra tədbirlərinin davam etdirilməsi dayandırılmış olur.
