Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində II turun oyunlarına start veriləcək.

Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” doğma meydanda Çexiyanın “Slaviya” klubunu qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Görüşü avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olub. “Slaviya” isə doğma meydanda Fransanın “Lans” komandasına 2:3 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

13 oktyabr

20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya)

Baş hakim: Sebastyan Qishamer (Avstriya)

Bakı Olimpiya Stadionu