Kiyevə ballistik raketlərlə hücum barədə xəbərdarlığın gecikməsi tərəfdaşların Ukraynaya əvvəlcədən məlumat verməməsi ilə deyil, Rusiyanın tətbiq etdiyi silahın xüsusiyyətləri ilə əlaqəli olub.
Heftelik.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Nazir təsdiqləyib ki, oktyabrın 12-də Rusiyanın gecə hücumu zamanı Ukraynada hava həyəcanı siqnalı gecikmə ilə verilib. O, gecikmənin səbəbinin Rusiya tərəfinin istifadə etdiyi silahın xüsusiyyəti ilə əlaqədar olduğunu bildirib.
Ukraynanın xarici işlər naziri, həmçinin Kiyevin ABŞ-dən kəşfiyyat məlumatları almağa davam etdiyini təsdiqləyib.
“Yəqin ki, ABŞ tərəfdən kəşfiyyat məlumatları alıb-almadığımızı soruşursunuz. Bəli, biz bu əməkdaşlığı davam etdiririk”, – Sibiqa vurğulayıb.
