Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhün mövcud olduğunu, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində isə əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

Heftelik.az xəbər verir ki, bu barədə Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı danışıb.

“Azərbaycanla sülh var, baxmayaraq ki, hələ bir neçə addım atılmalıdır”, – o bildirib.

Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması prosesinə toxunan nazir sərhədin hələ də bağlı olduğunu, lakin prosesin xeyli irəlilədiyini qeyd edib.

“Biz Türkiyə ilə münasibətlərimizi normallaşdırırıq. Sərhəd hələ bağlıdır, amma düşünürəm ki, proses artıq xeyli irəliləyib və tamamilə mümkündür ki, sabah səhər oyanıb xəbərlərdə “Ermənistan-Türkiyə sərhədi açılıb” başlığını görək”, – Mirzoyan əlavə edib.