Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ 2107” və “Chevrolet” markalı minik maşınlarının toqquşması nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
