Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş hələ razılaşdırılmayıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya və ABŞ liderlərinin görüşü razılaşdırılmasa da, prezidentlər Çində eyni məkanda olsalar, görüşün təşkili müzakirə olunacaq.
