Xarkov vilayətində beş Ukrayna hərbçi öldürülüb.
Heftelik.az Ukrayna mediasına istinadən xəbər verir ki, 5 ukraynalı hərbiçinin öldürülməsində şübhəli bilinən rusiyalı hərbi əsirin hadisə yerindən qaçdığı və hazırda axtarıldığı bildirilir.
Onun Dnepropetrovsk vilayətinin Samar şəhəri istiqamətində hərəkət edə biləcəyi ehtimal olunur.
Ukrayna hüquq-mühafizə orqanları şübhəlinin şəxsiyyətinin və olduğu yerin müəyyənləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.
