Qrenlandiyada neft, qaz və mineral təhqiqatları başlayacaq.
Heftelik.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, bunun üçün hazırlıqlar gedir.
Donald Tramp qeyd edib ki, bir sıra ekspertlərin fikrincə, Qrenlandiyadakı asanlıqla əldə edilə bilən neftin miqdarı dünyanın istənilən yerindən çoxdur.
“Daha vacibi budur ki, ABŞ-la Avropanın müdafiə və hücumda təhlükəsizliyi baxımından bu bölgə birinci yerdədir. ABŞ-a qarşı istənilən gələcək hücum Qrenlandiya üzərindən olacaq. Orada bizim müdafiə qüvvələrimiz raket, dron və hələ məlum olmayan digər silah növlərini zərərsizləşdirəcək”, -ABŞ Prezidenti vurğulayıb.
