İstanbulda güclü yağışın səbəb olduğu sel nəticəsində köməksiz vəziyyətdə qalan aktrisa Demet Özdemir xilas olunub.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Sarıyer bölgəsində studiyada köməksiz qalan aktrisa xilasedicilər tərəfindən kiçik motorlu qayıqla təxliyə edilib.
Qeyd edək ki, bölgədə leysan səbəbindən yaranan vəziyyətə görə aktrisanın studiyadan çıxması mümkün olmamışdı. Oxşar hadisəni müğənni Murat Boz yaşayıb. O da bu gün səhər saatlarında təxliyə olunub.
Demet Özdemirin təxliyi edildiyi anın görüntülərini təqdim edirik:
