“Changan” və “CATL” elektrikli avtomobillər üçün yeni nəsil batareyalar hazırlayır.Heftelik.az xəbər verir ki, şirkətlər batareya istehsalına 750 milyon dollar investisiya yatıraraq birgə istehsal gücünü 75 GWh-a çatdırmağı planlaşdırır.
“Changan” yeni batareyalarla avtomobillərin bir şarjla 1 500 kilometrdən çox məsafə qət etməsini və batareyanın 30%-dən 80%-ə qədər 9 dəqiqəyə doldurulmasını hədəfləyir.
Yeni istehsal müəssisəsinin 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
