Pakistanın Pişəvər şəhərində dərs zamanı məktəbin damının çökməsi nəticəsində 27 şagird və bir müəllim həyatını itirib. Ölənlərin əksəriyyəti 13 yaşdan kiçik uşaqlardır.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, faciə şəhərin şimalındakı Dir Koloni ərazisində qeydə alınıb.

Xilasedicilərin bildirdiyinə görə, əvvəlcə binanın yuxarı mərtəbəsinin damı çöküb. Dam həmin vaxt dərslərin keçirildiyi aşağı mərtəbənin üzərinə düşüb, ardınca digər konstruksiyalar da dağılıb.

Dağıntılar altından indiyədək azı 45 uşağın çıxarıldığını bildirib. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Yaralılara operativ yardım göstərilməsi üçün xəstəxanada fövqəladə vəziyyət elan olunub.