Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri təhsil müəssisəsindəki təmirsizlikdən və sanitar qovşaqlarının vəziyyətindən şikayət ediblər.Heftelik.az xəbər verir ki, bununla bağlı fotolar patrul.az-a göndərilib.
Tələbələrin sözlərinə görə, illik 2 300 manat təhsil haqqı ödəmələrinə baxmayaraq, universitetin divarlarında çatlar var, dam örtüyü ilə bağlı problemlər yaşanır, sanitar qovşaqlarında isə antisanitar vəziyyət hökm sürür.
ADPU-nun mətbuat xidmətindən isə bildirilib ki, sözügedən görüntülər yeni deyil, əvvəlki illərdə çəkilib. Qeyd edilib ki, tədris binalarında zaman-zaman yaranan cari təmir ehtiyacları ilə bağlı tədbirlər görülür və bütün sanitar qovşaqların mərhələli şəkildə tam təmiri nəzərdə tutulur.



