“Meydan Tv”işi üzrə 2 ilə yaxındır ki, həbsdə olan jurnalist Aynur Elgünəşin vəziyyəti pisləşib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.
Vəkil deyib ki, Aynur Elgünəş böyrəyində yaranan ciddi problem səbəbindən Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb:
“Aynur Egünəş əvvəllər ayağındakı problemlərlə bağlı 16 dəfə əməliyyat keçirib. İndi də böyrəyində problem yarandığı üçün həkim nəzarətinə götürülüb. Hazırda onun daha yaxşı müayinə-müalicəsi üçün istintaq təcridxanasından kənar klinikaya köçürülməsi zəruridir”.
Z.Sadıqova qeyd edib ki, növbəti məhkəmə iclasında müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyəcəklər.
Qeyd edək ki, Aynur Elgünəş digərləri ilə birgə 2024-cü ilin dekabrında həbs edilib. Hazırda məhkəmə işi davam edir.
