Dünən  paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, saat 15 radələrində Novruzov Əkbər Akif oğlu idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Gəncə prospektində hərəkətdə olarkən İsgəndərov Emil Amil oğlunun sürdüyü maşınla toqquşub.

Bu zaman Emil İsgəndərovun sükanı arxasında olduğu “Hyundai” yoldan çıxaraq səki ilə  hərəkət edən piyada 1981-ci il təvəllüdlü Əliyeva Elzanə Gündüz qızına çırpılıb.

Qadın hadisə yerində ölüb.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılaraq ibtidai istintaqı aparılır.