Kanadada Ueynrayt bazasında partlayış və sonrakı yanğın dörd nəfərin ölümünə səbəb olub.

Heftelik.az Report-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat verib.

“Alberta vilayətində yanğın (partlayışdan sonra) sürətlə yayılaraq Ueynraytdakı silahlı qüvvələrin bazasını bürüyüb. Bu, Kanada Silahlı Qüvvələrinə dinc dövrdə təsir edən ən pis faciələrdəndir. Hazırkı vaxta qədər dörd hərbçi həlak olub”, – Baş nazir Ottavada jurnalistlərə bildirib.

O, əlavə edib ki, faciə yerinə bir neçə nazir və Silahlı Qüvvələrin yüksək vəzifəli şəxslərini göndərib.

M.Karni əlavə edib ki, milli matəm elan olunub. “Mən bütün federal binalarda bayraqların yarıyadək endirilməsini əmr etdim”, – o vurğulayıb.

“Global News” telekanalı daha əvvəl yeddi nəfərin öldüyünü xəbər verib.